Rusiya XİN: “Vaqner” xüsusi hərbi təşkilatının Ermənistanda 3 min əsgərinin olması barədə məlumatlar mifdir”

A- A A+

"Ermənistanda dövlət çevrilişi məqsədi ilə 3 min “Vaqnerçi”nin olması ilə bağlı məlumatlar mifdir".

NUHÇIXAN xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə "News.ru"nun sualını cavablandırarkən deyib.

“Bununla bağlı fotolar, sübutlar varmı? 3 min rəqəmini haradan götürüblər?”, - o bildirib.

M.Zaxarova bunların saxta məlumatlar olduğunu əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: