Rusiyanın Saratov vilayətinin Engels şəhərində sənaye müəssisəsində partlayış baş verib.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə Saratov vilayətinin prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
“İlkin məlumatlara görə, sentyabrın 13-də səhər saatlarında qaynaq işləri zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində yanar maddələrin saxlandığı anbarın yaxınlığında partlayış baş verib, nəticədə 1 nəfər ölüb”, - məlumatda qeyd edilib.
Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb. Şəhər prokuroru Dmitri Juravlev hadisə yerinə gedib.
“Partlayışdan sonra baş vermiş yanğının sahəsi 800 kvadratmetr olub. Yanğın söndürülüb”, - Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.