Liviyada daşqınlar nəticəsində ölənlərin sayı 6 minə yüksəlib

A- A A+

Son məlumata görə, Liviyada baş verən daşqınlar nəticəsində ölənlərin sayı 6 minə çatıb, minlərlə insan itkin düşüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Liviya Səhiyyə Nazirliyinin nümayəndəsi Səadəddin Abdulvəkil Anadolu agentliyinə bildirib.

BMT-nin məlumatına əsasən, daşqınlardan ən çox zərər çəkən Derna şəhərində 30 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Sentyabrın 10-da Liviyanı cənginə alan “Daniel” siklonu ölkənin şərq rayonlarına son 40 ilin ən güclü yağışlarını gətirib. Nəticədə Binqazi, Beyda, Merc, Suse və Derna şəhərlərinə ciddi zərər dəyib. Təbii fəlakət təkcə Derna şəhərində 5 min 300 nəfərin həyatına son qoyub və minlərlə insanın itkin düşməsinə səbəb olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: