Separatçıların keçmiş başçıları Ermənistan İstintaq Komitəsinə çağırılacaq

A- A A+

Azərbaycanın Qarabağ bölgəsində separatçıların tör-töküntülərinin keçmiş "başçısı" Araik Arutyunyan və ermənilərin qanunsuz silahlı dəstələrinin "rəhbəri" olmuş Cəlal Arutyunyan sentyabrın sonunda Ermənistan İstintaq Komitəsinə çağırılacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyası sədrinin müavini Armen Xaçatryan “Hraparak”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, separatçılar 44 günlük müharibə ilə bağlı dindiriləcəklər.

Bildirilib ki, parlamentin müharibə zamanı vəziyyəti araşdıran komissiyasının sonuncu qonağı Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: