Türkiyədə daş kömür mədəni çöküb, ölən və yaralananlar var

A- A A+

Türkiyənin Zonquldak şəhərində daş kömür mədəninin bir hissəsinin çökməsi nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

NUHÇIXAN xəbər verir ki, bunu Zonquldak valisi Osman Hacbektaşoğlu bildirib.

Onun sözlərinə görə, hadisə baş verən zaman mədəndə 280 nəfər olub.

Hadisə yerində 75 nəfərdən ibarət axtarış-xilasetmə qrupu fəaliyyət göstərir. Əraziyə polis əməkdaşları, tibbi heyət, AFAD və Türkiyə Daşkömür Qurumunun (TDQ) nümayəndələri cəlb edilib.

Armutçuk müəssisəsinə məxsus mədənin çökməsinin səbəbi hələ ki məlum deyil.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: