Türkiyə ordusu son 1 həftədə sərhədi pozmağa cəhd edən 24 FETÖ-çünü saxlayıb

A- A A+

Türkiyə Silahlı Qüvvələri son 1 həftədə sərhədi pozmağa cəhd edən ümumilikdə 36 terrorçunu saxlayıb.

NUHÇIXAN xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin media və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk həftəlik brifinqdə deyib.

O bildirib ki, saxlanılanlardan 24-ü FETÖ terror təşkilatının üzvüdür: “Beləliklə, il ərzində sərhədi pozmaq istəyən 487 terrorçu, o cümlədən 340 FETÖ üzvü saxlanılıb”.

Qeyd edək ki, Türkiyədə son vaxtlar FETÖ-yə qarşı mübarizə tədbirləri güclənib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: