İsveçin avtomobil istehsalçısı “Volvo” Çin bazarında satdığı 16 min 582 avtomobili qoşulma modulunun proqram təminatındakı qüsurlara görə geri çağırır.
NUHÇIXAN Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyasına istinadla xəbər verir ki, geri çağırılan avtomobillər 2016-2018-ci illərdə idxal edilmiş və “Volvo”nun Çindəki zavodlarında yığılmış “XC90”, “S90”, “V90CC” və “XC40” modelindən olan nəqliyyat vasitələridir.
Bildirilir ki, “Volvo” qüsurlu avtomobillərin proqram təminatını öz hesabına yeniləyəcək.