Ukrayna Baxmut istiqamətində daha bir rayonu azad edib

A- A A+

Ukraynanın müdafiə qüvvələri Donetsk vilayətinin Andriivka rayonunu Rusiya qüvvələrindən azad edib və mövqelərdə möhkəmlənib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ukraynanın müdafiə nazirinin müavini Anna Malyar "Telegram"da bildirib.

"Andriivka bizimdir. Biz mövqelərimizin təhlükəsizliyini təmin edirik", - o deyib.

Malyarın sözlərinə görə, Baxmut istiqamətində əsas döyüşlər Andriivka, Kurdyumivka və Klişçiivka rayonlarında davam edir. "Şimal cinahında düşmən itirilmiş mövqelərini geri almağa çalışır. Cənub cinahında isə uğurla irəliləyirik", - nazir müavini qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: