Britaniya XİN: İran nüvə materiallarının yeri barədə məlumat verməlidir

A- A A+

Böyük Britaniya, Almaniya, ABŞ və Fransa İrandan nüvə materiallarının yeri barədə dəqiq informasiya verməsini tələb edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə dörd ölkənin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İdarə Şurasının iclasında səsləndirilən və Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin hökumət saytında yerləşdirilən bəyanatında deyilir.

“İran agentlik tərəfindən Turkuzabad və Varamində aşkarlanan uran hissəciklərinin mənşəyinə hələ də aydınlıq gətirməyib. AEBA-nın sorğusuna müvafiq olaraq, Tehrandan Turkuzabad və Varamində nüvə materiallarının və çirklənmiş avadanlıqların yeri barədə dəqiq məlumat verməsi tələb olunur”, - deyə sənəddə bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: