ABŞ-nin iki generalı Ermənistandadır

A- A A+

ABŞ-nin 10-cu dağatıcı diviziyasının komandanı general-mayor Qreqori Anderson və ABŞ-nin Avropa və Afrikadakı qoşunlarının əməliyyat qərargahı rəisinin müavini briqada generalı Patrik Ellis Ermənistanda səfərdədir.

NUHÇIXAN xəbər verir ki, məlumatı ABŞ-nin Ermənistandakı səfirliyi yayıb.

Bildirilib ki, generallar və ABŞ-nin İrəvandakı səfir Kristina Kuinn “Days” təlim mərkəzində “Qartal-Tərəfdaş-2023” hərbi təlimlərinin gedişini müşahidə ediblər.

Qeyd edək ki, bu təlim sentyabrın 11-də başlayıb və 20-dək davam edəcək. Hərbi tədbirə ABŞ-nin 85, Ermənistanın isə 175 hərbçisi qatılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: