“Əslində biz suveren dövlət deyilik, dövlət olduğunu imitasiya edirik”.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Hraparak”da yayılan “Dövlətin imitasiyası” adlı məqalədə bildirilib.
Məqalə müəllifinin yazdığına görə, Ermənistanın himni, gerbi, bayrağı, milli dram teatrı, bir çox ölkədə səfirliyi, hökuməti, parlamenti və onun müxtəlif ölkələrdə səfir və rəsmi nümayəndələrini qəbul edən, hansısa sənədləri imzalayan, tədbirlər keçirən üzvləri olduğu ironik şəkildə vurğulanıb.
Bildirilib ki, Ermənistanın özünümüdafiə üçün resursu yoxdur: “Yeganə ümidiniz qonşu dövlətlərin hazırda onların maraqlarına uyğun olmadığı üçün sizə hücum etməkdən çəkinməsidir. Deməli, siz mahiyyətcə heç bir dövlət deyilsiniz”.
Müəllif Ermənistan hakimiyyətinin indiki çaşqın mövqeyini belə xarakterizə edib: “Əgər siz üzünüzü Qərbə tutaraq siyasət yürütməyə cəhd göstərib Şimaldan sarı vərəqə aldıqdan sonra ona çaşqıncasına məktub yazır, onu heç bir anti-Rusiya addımı atmadığınıza inandırmaq istəyirsinizsə, artıq siz dövləti məhv etmisiniz”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanın ona məktub yazdığını bildirmişdi.