Sabahdan Rusiyada qeydiyyatda olan avtomobillərin Polşaya girişi qadağan ediləcək

A- A A+

Polşa hakimiyyəti sentyabrın 17-dən Rusiyada qeydiyyatda olan avtomobillərin ölkə ərazisinə daxil olmasına qadağa qoyulmasına dair qərar qəbul edib.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə Polşanın daxili işlər naziri Mariuş Kaminski sentyabrın 16-da keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, sentyabrın 8-də Avropa Komissiyası Rusiyada qeydiyyatda olan avtomobillərin Avropa İttifaqı ölkələri ərazisinə girişinə qadağa qoyulması ilə bağlı qərar qəbul edib: “Həmin qadağa Polşa sərhədində sabahdan qüvvəyə minəcək”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: