Avropada turizm obyektlərində gecələmələrin sayı pandemiyadan əvvəlki səviyyəni ötüb

A- A A+

COVID-19 pandemiyasının mənfi təsirinə məruz qalan Avropanın turizm sektorunda bərpa prosesi sürətlənib.

NUHÇIXAN xəbər verir ki, Avropa İttifaqına (Aİ) üzv ölkələrdə mehmanxana və hostel kimi turizm obyektlərində gecələmələrin sayı pandemiyadan əvvəlki səviyyəni geridə qoyub.

Avropa Statistika Bürosunun (Eurostat) məlumatına görə, pandemiyadan əvvəl - 2019-cu ilin ilk 6 ayında turizm obyektlərində 1 milyard 182 milyon olan gecələmələrin sayı bu ilin eyni dövründə 1 milyard 193 milyona çatıb. Cari ilin ilk yarısında həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 12,9 faiz artıb.

Həmçinin bu ilin altı ayında Aİ ölkələrində turizm obyektlərində gecələmələrin sayı son 10 ilin birinci yarısında qeydə alınan ən yüksək göstəricidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: