Polşa Milli Müdafiə Nazirliyi sentyabrın 17-də “Payız atəşi” təliminin keçiriləcəyini və burada ölkənin ABŞ və Cənubi Koreyadan aldığı hərbi texnikanın nümayiş etdiriləcəyini açıqlayıb.
NUHÇIXAN xəbər verir ki, təlim Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddən 80 kilometr aralıda yerləşən Bemovo-Piska şəhərindəki Piyada Təlim Mərkəzinin poliqonunda baş tutacaq.
Qeyd olunub ki, təlimlərə tank, aviasiya və artilleriya da daxil olmaqla 70 texnika cəlb olunacaq. Xüsusilə, “K2” və “Abrams” tankları, “HIBNERYT” və “HIMARS” sistemləri, “K9” raket əleyhinə sistemi, xüsusi “LRR i Talon” robotları və digər silahlar təqdim olunacaq. Təlimdə minə yaxın əsgər iştirak edəcək.