Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şimali Koreya lideri Kim Çen Inlə görüşüb.
NUHÇIXAN xəbər verir ki, görüş Kim Çen Inın Vladivostoka səfəri zamanı baş tutub.
Danışıqlar zamanı dünyadakı vəziyyət və iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
KXDR lideri həmçinin Uzaq Şərq Federal Universitetinə və akvariuma baş çəkib, burada morj Mişanın iştirakı ilə tamaşaya baxıb.
Qeyd edək ki, Şimali Koreya liderinin Rusiyaya səfəri sentyabrın 13-dən başlayıb, hələ də davam edir. O, səfər çərçivəsində Amur vilayətinin Vostoçnıy kosmodromunda Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparıb.