FT: "ÜST Çindən koronavirusun mənşəyi haqqında tam məlumat almağa çalışır"

A- A A+

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinə koronavirusun mənşəyi haqqında tam məlumat əldə etmək üçün təzyiq göstərir.

NUHÇIXAN xəbər verir ki, bunu Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

"Biz Çinə tam girişi təmin etmək üçün təzyiq edirik. Çin rəsmiləri ilə ikitərəfli görüşlərdə bu məsələni qaldırmalarını xahiş edirik" – o deyib. ÜST-nin baş direktoru vurğulayıb ki, təşkilat koronavirusun səbəbləri ilə bağlı tam araşdırma aparmaq üçün Çinə “nümayəndə heyəti göndərmək istəyir”.

Qebreyesus qeyd edib ki, hazırda virusun yaranmasının bütün mümkün variantları, o cümlədən laboratoriya nəzəriyyəsi nəzərdən keçirilir: “Aydın dəlil almayana qədər heç nə deyə bilmərik. Cavab alacağıq. Bu zaman məsələsidir".

ÜST-nin Baş direktoru qeyd edib ki, COVID-19-un mənşəyinin səbəblərini anlamaq növbəti pandemiyanın qarşısını almağa kömək edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: