Türkiyə ordusu İraqda PKK-nın mövqelərinə zərbələr endirərək 4 terrorçunu məhv edib

A- A A+

Türkiyə Silahlı Qüvvələri İraqda PKK-nın mövqelərinə zərbələr endirib, 4 terrorçu məhv edilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Shafaq News” portalı məlumat yayıb.

Məlumata görə, əməliyyat İraqın şimalındakı Nineva əyalətində həyata keçirilib.

Belə ki, Türkiyəyə məxsus pilotsuz təyyarə PKK tərəfdarlarına məxsus avtomobilə zərbə endirib.

Həlak olanlar arasında PKK-nın yüksək rütbəli üzvü də var.

Qeyd edək ki, Türkiyə ötən ilin aprelində Şimali İraqda növbəti sərhədyanı “Pençe Kilit” əməliyyatına başlayıb. Əməliyyatın məqsədi bölgənin terrorçulardan təmizlənməsidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: