Fransa İtaliyadan gələn miqrantları qəbul etməyəcək

A- A A+

Fransa İtaliyadan gələn miqrantları qəbul etməyəcək.
NUHÇIXAN ANSA agentliyinə istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Gerald Darmanin deyib.
O bildirib ki, Fransa bu günlərdə İtaliyanın Lampeduza adasına gələn miqrantları qəbul etməyəcək.
"Xeyr, Fransa bunu etməyə hazırlaşmır, Fransa insanların gəlməsinin qarşısını almaq üçün İtaliyaya sərhədlərinə nəzarət etməkdə kömək etmək istəyir. Mühacirlər Avropaya gəldikdən dərhal sonra bütün Avropaya və Fransaya paylanmalıdır yanaşması yanlışdır", - fransalı nazir deyib.
Qeyd edək ki, bu il İtaliyaya 126 000-ə yaxın miqrant gəlib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə demək olar ki, iki dəfə çoxdur. Kiçik Lampeduza adasında son vaxtlar qayıqla gələn miqrantların sayında kəskin artım müşahidə olunub, təkcə ötən həftə ərzində adaya 7000-dən çox miqrant gəlib ki, bu, adanın daimi əhalisindən çoxdur.
Ötən həftə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen İtaliyanın Lampeduza adasına gedib və o, İtaliyaya vəziyyətin öhdəsindən gəlməyə kömək etmək üçün Aİ-nin 10 bəndlik fəaliyyət planı vəd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: