İran və ABŞ arasında məhbusların mübadiləsi baş tutub.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) xəbər agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunub ki, ABŞ və İran arasında baş tutan əsir mübadiləsi çərçivəsində azad edilmiş 5 amerikalı məhbusu daşıyan Qətərə məxsus təyyarə Tehran hava limanından havaya qalxıb və Dohaya yola düşüb.
Mübadilə zamanı ABŞ-də azadlığa buraxılan beş iranlı məhbusdan ikisi Mehrdad Moeen Ansari və Reza Sarhangpur Qətərin paytaxtı Dohaya gediblər. Həmin şəxslərlə yanaşı, ABŞ-də həbsdə olan daha üç iranlı məhbus da azadlığa buraxılıb.