Ermənistan Müdafiə Nazirliyinin yüksək vəzifəli iki məmuru həbs edilib

A- A A+

Ermənistan Müdafiə Nazirliyinin iki vəzifəli şəxsi rüşvət qarşılığında çağırışçıları təlim-məşqlərdə iştirakdan qanunsuz olaraq yayındırdıqları və onlara hərbi xidmətdən möhlət verdikləri üçün həbs ediliblər.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistan Antikorrupsiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, onlar birinci halda çağırışçıdan 10 min dollar alaraq hərbi xidmətdən yayınmaqda, başqa halda isə Ermənistanın iki vətəndaşına hər birindən 300 dollar rüşvət alaraq təlim düşərgələrində iştiraklarının vaxtını dəyişdirməyə yardım ediblər.

Nazirliyin iki yüksək vəzifəli əməkdaşı həbs olunub və bu cinayətdə adı hallanan daha 8 nəfəri vasitəçilik etdikləri üçün işləri məhkəməyə göndərilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: