“Böyük Yeddilik” (G7) ölkələrinin xarici işlər nazirləri Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirilən danışıqlarda noyabrın 7-8-də Tokioda növbəti görüş keçirmək barədə razılığa gəliblər.
NUHÇIXAN xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin yeni rəhbəri Yoko Kamikava bildirib.
Qeyd edək ki, Nyu-Yorkda keçirilən danışıqlarda G7 ölkələrinin xarici işlər nazirləri bir daha Rusiyanın Ukraynadakı fəaliyyətini tənqid edib, Kiyevə hərtərəfli dəstəyi davam etdirmək barədə razılığa gəlib və taxıl sazişinin tezliklə bərpasının zəruriliyini qeyd ediblər.