ABŞ Prezidenti Co Bayden gələn həftə ilk Amerika “Abrams” tanklarının Ukraynaya təhvil veriləcəyini bildirib.
NUHÇIXAN qazeta.ru saytına istinadla xəbər verir ki, ABŞ Prezidenti bunu Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə deyib.
Bayden qeyd edib ki, ABŞ Ukraynada hava hücumundan müdafiə sistemlərinin tədarükünü genişləndirəcək, o cümlədən yeni “Hawk” sisteminin akkumulyatorlarının ötürülməsinə köməklik göstərəcək.