Türkiyənin Milli Müdafiə Nazirliyi 12 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb

A- A A+

Türkiyə Milli Müdafiə Nazirliyi “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarının keçirildiyi bölgələrdə hücum hazırlığında olan 12 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, nazirliyin açıqlamasında yeganə məqsədləri bölgəni qan gölünə çevirmək olan PKK/YPG terrorçularına qarşı lazımi cavabın verildiyi bildirilib.

Xatırladaq ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya 2 terrorçunun təhlükəsizlik qüvvələrinə təslim olduğunu açıqlamışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: