Onnik Krikoryan: “Erməni əhalinin reinteqrasiyası mümkündür və buna dəstək vermək lazımdır”

A- A A+

“Erməni əhalinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası mümkündür və buna dəstək vermək lazımdır”.

NUHÇIXAN xəbər verir ki, bu barədə britaniyalı jurnalist Onnik Krikoryan “X” sosial şəbəkəsində yazıb.

“Daha əvvəl imtina etmələrinə baxmayaraq, ötən gün Qarabağ ermənilərinin nümayəndələri Yevlaxda Azərbaycan mərkəzi hakimiyyətinin təmsilçiləri ilə görüşüblər. Bunun Ermənistanla heç bir əlaqəsi yoxdur və onlara uğurlar arzulayıram”, - o qeyd edib.

Onun sözlərinə görə, görünən odur ki, xarici ekspertlər hələ də özlərinin tam fiaskoya uğradıqlarını etiraf etməkdən və 2020-ci ildə aydınlaşan, nəhayət, 2023-cü ildə daha da möhkəmlənən reallıqla barışmaqdan imtina edirlər: “Bu kənar müdaxiləyə son qoymaq məqsədilə addımlar atmağın vaxtı çatıb”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: