"Bolqarıstanın Moskvadakı səfiri Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılacaq".
NUHÇIXAN xəbər verir ki, bunu Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Valentina Mitrofonova bildirib.
Məlumata görə, Rusiya Pravoslav Kiləsinin Bolqarıstanın paytaxtı Sofiyadakı nümayəndəsi arximandrit Vassian, protoieriya Yevgeniya və kilsəsinin daha bir əməkdaşı Bolqarıstanı tərk etməlidir. Rəsmi Sofiya bildirib ki, onlar Bolqarıstanın təhlükəsizliyini təhdid edir.
Rusiya səfirliyi açıqlamasında Sofiyanı rus və bolqar xalqlarının bir-birinə qarşı münasibətlərini gərginləşdirməkdə ittiham edib.
Mitrofonova qeyd edib ki, Rusiya Bolqarıstan pravoslav kilsəsinin Moskvadakı nümayəndəsinə oxşar münasibət göstərməyəcək.