İrəvanda etiraz aksiyaları davam edir, deputat saxlanılıb

A- A A+

İrəvanda keçirilən itaətsizlik aksiyasında iştirak edən Ermənistan parlamentinin “Ermənistan” fraksiyasının deputatı Tadevos Avetisyan polis bölməsinə aparılıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Aysor” məlumat yayıb.

Bildirilib ki, İrəvanda səhər saatlarından itaətsizlik aksiyası davam edir.

Məlumata görə, şəhərin əsas küçə və prospektlərinə giriş-çıxış məhdudlaşdırılıb və ya bağlanıb. “Respublika” meydanına daha çox polis qüvvələri cəmləşdirilib.

Eyni zamanda sentyabrın 25-də səhər saatlarında İrəvanda keçirilən etiraz aksiyaları zamanı polis 53 nəfəri saxlayıb.

Onlar Ermənistan Cinayət Məcəlləsinin “hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmama” maddəsi ilə ittiham olunurlar.

Qeyd edək ki, aksiya iştirakçıları Ermənistanın Baş naziri Nikol Paşinyan və kabinetinin istefasını tələb edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: