Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus “Su-25” hücum təyyarəsi qəzaya uğrayıb.
NUHÇIXAN Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Ovannisyan“Facebook” səhifəsində yazıb.
Gümrü şəhərindəki aeroportdan havaya qalxandan sonra radarlardan itən döyüş təyyarəsinin qəzaya uğraması nəticəsində 2 pilot ölüb. Bunlar polkovnik-leytenant Armen Babayan və mayor Movses Manukyandır.
Təyyarənin qalıqları Ermənistanın şimal-qərbində yerləşən Şirak vilayətinin Maralik şəhəri yaxınlığındakı dağlıq ərazidən tapılıb.