Türkiyədə HDP fəalı terror təşkilatına üzv olduğu üçün saxlanılıb

A- A A+

Türkiyədə HDP-nin fəalı, 2015-ci il noyabrın 1-də keçirilən seçkilərdə deputatlığa namizəd olmuş Lətifə Canan Kaplan terrorçu qruplaşma Marksist-Leninçi Kommunist Partiyasının (MLKP) üzvü olduğu üçün İstanbulun hava limanında saxlanılıb.

Bu barədə  NUHÇIXAN “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, İstanbul Hava Limanına eniş edən təyyarə ilə Fransadan Türkiyəyə gələn Lətifə Canan Kaplan, yerli məhkəmənin terror təşkilatına üzvlüyü ilə bağlı axtarış qərarına görə saxlanılıb. Polis bölməsinə aparılan Lətifə Canan Kaplan ilk ifadəsində Fransaya tətilə getdiyini və İstanbulda yaşadığını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: