ABŞ Polşa ordusunun modernizasiyası üçün 2 mlrd. dollar borc təklif edib

A- A A+

ABŞ Polşaya silahlı qüvvələrini modernizasiya etməsi üçün 2 milyard dollar birbaşa borc təklif edib.

NUHÇIXAN “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilib.

“Polşa ABŞ-nin sadiq müttəfiqidir və Polşanın təhlükəsizliyi NATO-nun Şərq Cinahının kollektiv müdafiəsi üçün həyatidir”, - departamentin məlumatında bildirilib.

Qeyd edək ki, Varşava bu il müdafiə xərclərini ÜDM-i 4%-dək artırmağı planlaşdırıb. Bu, ötən illə müqayisədə 2 dəfə çoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: