Niderland Ukraynaya F-16 təyyarələrinin ilk partiyasını gələn il göndərəcək

A- A A+

Niderland Ukraynaya hərbi yardım çərçivəsində F-16 döyüş təyyarələrinin ilk partiyasını gələn il göndərəcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə Niderland Krallığının müdafiə naziri Kaysa Ollonqren “X” platformasında yazıb.

Nazir qeyd edib ki, Norveç və Danimarka da F-16 təyyarələrini Ukraynaya gələn il göndərəcək.

Olloqren həmçinin əlavə edib ki, təyyarələrin tədarük edilməsi vaxtı ukraynalı pilotların təlimlərdə iştirakının başa çatacağı zamandan asılıdır və nazir hesab edir ki, təlimlər təxminən 6-8 ay çəkəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: