Şimali Koreya özünün “mövcud olma hüququnu” təmin etmək üçün nüvə silahı proqramını konstitusiyasına daxil edib.
NUHÇIXAN “Spiegel” jurnalına istinadla xəbər verir ki, Kim Çen In ABŞ-ın strateji obyektlərini regionda yerləşdirməsinə cavab olaraq bu yolla nüvə silahı istehsalını artırmağa çalışır.
Hazırda KXDR raket və nüvə proqramına görə beynəlxalq sanksiyalar altındadır. Buna baxmayaraq, Şimali Koreya parlamentinin bu həftə keçirdiyi iclasda konstitusiyaya müvafiq dəyişiklik qəbul olunub. Qanun eyni zamanda nüvə silahının profilaktik məqsədlərlə istifadəsinə icazə verir.
Qeyd edək ki, Pxenyan bu il çoxsaylı raket sınağı keçirərək regionda gərginliyi artırıb. Vaşinqton və Seul KXDR-in yaxın vaxtlarda nüvə silahı sınağı keçirə biləcəyi barədə xəbərdarlıq edib. Şimali Koreya sonuncu dəfə 2017-ci il sentyabrın 3-də nüvə silahının sayca 6-cı sınağını həyata keçirib.