Türkiyənin Hərbi Hava Qüvvələri sentyabrın əvvəlindən Şimali İraq ərazisində PKK terrorçularına qarşı bir sıra əməliyyatlar həyata keçirib və 58 terrorçunu zərərsizləşdirib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, sentyabrın 1-dən 23-dək Türkiyənin hərbi aviasiyası Şimali İraqdakı Kandil, Asos Hara, Metina, Zap və Hakurk bölgələrində 82 hədəfə zərbə endirib, terrorçuların sığınacaq və anbar kimi istifadə etdiyi mağaralar dağıdılıb.
Nazirlikdən qeyd edilib ki, ilin əvvəlindən bəri Türkiyənin güc strukturları 1351 terrorçunu zərərsizləşdirib. Ankaranın ölkənin cənub sərhədlərində aktiv antiterror əməliyyatına start verdiyi 2015-ci il iyulun 24-dən indiyədək məhv edilən terrorçuların sayı isə 38,5 min nəfəri ötüb.