Zelenski silahlanma üzrə yeni ittifaq yaradıldığını açıqlayıb

A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski dünyanın silah və hərbi texnika istehsalçılarının qoşula biləcəyi ittifaqın yaradıldığını elan edib.

NUHÇIXAN Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Zelenski Kiyevdə keçirilən Müdafiə Sənayesi Forumu zamanı bildirib.

“İlk beynəlxalq müdafiə sənayesi forumunda biz müdafiə sənayesi alyansı yaratdıq. Dünyanın hər yerindən silah və hərbi texnika istehsalçıları ittifaqın əsas bəyannaməsinə qoşula bilər”, - o deyib.

Prezidentin sözlərinə görə, artıq 13 şirkət bəyannaməni imzalayıb.

Zelenski, həmçinin bildirib ki, Ukrayna hərbi-sənaye kompleksi üçün xüsusi iqtisadi rejim hazırlayır.

Ukrayna Xarici İşlər Nazirliyindən verilən məlumata görə, forumda 26 ölkədən 165 şirkət iştirak edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: