Türkiyə parlamenti Suriya və İraqdakı Silahlı Qüvvələrin mandatlarının uzadılması ilə işini bərpa edəcək
Türkiyə parlamenti yay tətilindən sonra işini bərpa edib.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, iclasın gündəliyinə Suriya və İraqda silahlı qüvvələrin tətbiqi ilə bağlı mandatlar daxil olacaq.
Parlamentin açılışından sonra ilk işçi iclası çərşənbə axşamı, oktyabrın 3-nə təyin edilib.
Millət vəkilləri ordunun Suriya və İraqda sərhədyanı əməliyyatlar üçün oktyabrın sonunda başa çatan müntəzəm mandatını müzakirə edəcəklər. Bundan əlavə, Türkiyə hərbçilərinin BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin fəaliyyətində, BMT-nin Mərkəzi Afrika Respublikası və Malidəki işində iştirakı ilə bağlı qərar da yenilənməlidir.