ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti vəzifəsindən uzaqlaşdırılmayacağını bildirib.
Bu barədə NUHÇIXAN "CBS News"a istinadən xəbər verir.
Nümayəndələr Palatasının spikeri konqresmen Matt Getsin onun vəzifəsindən kənarlaşdırılması üçün vəsatət vermək niyyətini şərh edərkən deyib:
"Gəlin idarə etməyə başlayaq. Əgər o, bizi iqtisadiyyatı bağlamağa sövq etməyə çalışdığı üçün əsəbiləşibsə və mən hökumətin bağlanmadığına əmin olmuşamsa, o zaman bu barədə danışaq".
Qeyd edək ki, Respublikaçılar Partiyasının ABŞ Konqresinin Nümayəndələr Palatasındakı nümayəndəsi Mett Qets Kevin Makkartini tutduğu vəzifədən uzaqlaşdırmaq üçün petisiya vermək niyyətindədir. Onun sözlərinə görə, spiker hökumətin maliyyələşdirilməsinin uzadılması ilə bağlı yalan danışıb.