Ukrayna “Bayraktar”ın təkmilləşdirilmiş versiyasını əldə edə bilər

A- A A+

“Türkiyə tərəfi “Bayraktar Akıncı” pilotsuz uçuş aparatlarının (PUA) Ukraynaya tədarükü məsələsini nəzərdən keçirir”.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bunu “Baykar” şirkətinin rəhbəri Haluk Bayraktar “Azadlıq” radiosuna müsahibəsində deyib.

“Bayraktar Akıncı”ya gəlincə, bu məsələ nəzərdən keçirilir”, - o vurğulayıb.

Onun sözlərinə görə, Ukraynada müəyyən PUA növlərinin istehsal edilməsi üçün şirkət Türkiyə hökumətindən icazə almalıdır: “Müdafiə sahəsində əməkdaşlıq məsələsində dövlətin icazəsi lazımdır və bizə belə bir icazə verilib. Bu məsələ ilə bağlı yalnız onu deyə bilərəm ki, “Bayraktar Akıncı” məsələsi nəzərdən keçirilir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: