Erməni deputat: “Ermənistanda defolt gözlənilir, ölkənin gələcəyi məlum deyil"

A- A A+

“Ermənistanda defolt gözlənilir, ölkənin gələcəyi məlum deyil".

NUHÇIXAN xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının üzvü Artur Xaçatryan “Aysor”a müsahibəsində deyib.

Onun sözlərinə görə, ölkədə dramın devalvasiyası müşahidə olunur: “ABŞ dollarının satış qiyməti təxminən 420 dram, avronun satış qiyməti isə 445-ə çatıb. Dramın devalvasiyasının daxili və xarici səbəbləri var”.

Deputat bildirib ki, Ermənistanın sabahı qeyri-müəyyəndir: “Rusiyadan dollar köçürmələri də azalıb. Defolt riski getdikcə artır. Hakimiyyət bu vəziyyətdən çıxmaq istəmir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: