Rusiya Federasiyasının İstintaq Komitəsi Ukraynanın Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovu qiyabi olaraq Rusiyada dron hücumlarına görə terror aktlarında ittiham edib.
NUHÇIXAN xəbər verir ki, PUA hücumu ilə bağlı terror aktları cinayətlərində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk, Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksey Neyjpapa, Hərbi Hava Qüvvələrinin uzaqdan idarə olunan uçuş aparatlarının 383-cü alayının komandiri Sergey Burdenyuka ittiham olunurlar.
İstintaq Ukraynanın ali hərbi rəhbərliyinin 2022-ci ilin aprelindən 2023-cü ilin sentyabrınadək Rusiya ərazisində, Krımda və yeni regionlarda (Ukraynanın Donbas, Zaporojye və Xerson regionları-red.) təyyarə tipli pilotsuz uçuş aparatlarından istifadə etməklə 100-dən çox hava hücumunun təşkili və həyata keçirilməsində iştirakına dair kifayət qədər sübut toplayıb.
İstintaq Komitəsi yaxın vaxtlarda Ukrayna hərbi rəhbərliyini axtarışa verməyi və qiyabi həbs şəklində qabaqlayıcı tədbir seçməyi planlaşdırdığını da açıqlayıb.