“Fransa qlobal sülhə ziyan vurur”.
NUHÇIXAN xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çəlik mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, Fransada çadranın qadağan edilməsi bütün müsəlmanlara qarşı təhqirdir: “Əslində, bu, fransız qadınlara qarşı da təhqirdir”.
Ö.Çəlik bildirib ki, çadranın qadağan edilməsi demokratiyaya ziddir: “Ümid edirik ki, bu qərarı yenidən nəzərdən keçirərlər”.