“Narıncı kateqoriya”da olan FETÖ-çü Tacikistanda saxlanılaraq Türkiyəyə gətirilib

A- A A+

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) “narıncı kateqoriya” üzrə axtarışda olan Koray Vural adlı FETÖ-çünü Tacikistanda saxlayaraq Türkiyəyə gətirib.

NUHÇIXAN  "Haber Global"a istinadən xəbər verir ki, saxlanılan şəxs “FETÖ Silahlı Terror Təşkilatına üzv olmaq” cinayəti ilə axtarışa verilmişdi.

Qeyd edək ki, Koray Vural Türkiyədə olduğu müddətdə FETÖ-nün tapşırıqlarını icra edib. Bundan sonra təşkilatın rəhbərliyi ilə Tacikistana gedib. Həmçinin Fətullah Gülənin ABŞ-nin Pensilvaniya ştatının Saylorsburq şəhərindəki qərargahında göstərişlər alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: