Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Birləşmiş Millətlər Təşkilatının Afrikadakı əməliyyat və missiyalarında iştirak müddətinin daha 1 il uzadılması barədə Türkiyə Böyük Millət Məclisinə (TBMM) müraciət edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
R.T.Ərdoğan oktyabrın 31-dən etibarən bu hüququn daha 1 il müddətinə uzadılmasını istəyib.
Təqdim edilən sənəddə Afrika bölgəsindəki sabitliyə diqqət çəkilib.
"Ölkəmizin Afrikada regional sabitliyə və sülhə təhlükə yaradan humanitar və siyasi böhranların həllinə verdiyi hərbi töhfə aktiv fəaliyyətimizin təbii davamıdır. Bu, regionda və ümumilikdə Afrika qitəsində izlədiyimiz xarici siyasətdir”, - sənəddə vurğulanıb.