KİV: ABŞ Yaxın Şərqə nüvə silahı daşıya bilən bombardmançı təyyarələr yerləşdirməyə hazırlaşır

A- A A+

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Yaxın Şərqə nüvə silahı daşıya bilən "B-52H Stratofortress" strateji bombardmançı təyyarələrini yerləşdirməyə hazırlaşdığı barədə xəbərlər var.

NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ-nin "CNN" nəşri məlumat yayıb.

Qeyd olunub ki, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller İsraildəki müharibənin uzun çəkəcəyini söyləyib.

O, Konqres üzvlərinə deyib ki, ABŞ-nin Yaxın Şərqdəki əsas müttəfiqini dəstəkləmək lazımdır.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 800 nəfər ölüb, 2 750 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: