İsrail Ordusu: "Cənub ərazilərə 100 faiz nəzarət edirik"

A- A A+

İsrailin Müdafiə Ordusu Qəzza zolağı ilə həmsərhəd olan cənub ərazilərə 100 faiz nəzarət edir.

NUHÇIXAN “Newsru”ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 10-da həmin əraziyə HƏMAS-ın və ya başqa qüvvələrin müdaxiləsi baş verməyib.

Vurğulanıb ki, İsrailin döyüş təyyarələri Qəzza zolağında Rimal və Xan Yunis şəhərləri ətrafında HƏMAS-a və başqa silahlı qruplaşmalara aid 200-dən artıq hədəfi məhv edib.

Qeyd olunub ki, döyüş təyyarələri “İslami-Cihad” terrorçu qruplaşmasının həbi obyektlərinə, habelə HƏMAS-ın Xan Yunisdəki məsciddə yerləşən silah anbarına, bu silahlı qruplaşmanın əməliyyat qərargahına, onların tank əleyinə olan iki əməliyyat mərkəzinə, Əl-Furkanda yerləşən, HƏMAS-ın istifadə etdiyi çoxmərtəbəli binaya, qruplaşmanın qərargahı yerləşən məscidə, HƏMAS-ın daha iki əməliyyat mərkəzinə zərbələr endirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: