Rusiya XİN: "ABŞ nüvə sınaqlarına başlasa, biz də başlayacağıq"

A- A A+

“Rusiya Federasiyası nüvə sınaqlarını bərpa etməyə hazır olmalıdır”.

NUHÇIXAN xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

O bildirib ki, Rusiya ABŞ-nin nüvə sınaqlarına başlamasına hazır olmalıdır: “Əgər belə bir şey olarsa, biz güzgü kimi cavab verəcəyik. Yəni biz də nüvə sınaqlarına başlayacağıq”.

Nazir müavini vurğulayıb ki, bu, son dərəcə mənfi ssenari olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: