Əfqanıstanda güclü zəlzələ olub

A- A A+

Əfqanıstanda 6,3 maqnitudalı zəlzələ olub.

NUHÇIXAN xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri əhalisi 272 min olan Herat şəhərindən 31 km şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub. Bundan başqa, Mərkəz, demək olar, eyni bölgədə 5 maqnitudalı afterşokun qeydə alındığını da açıqlayıb.

Tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.

Xatırladaq ki, oktyabrın 7-də Herat yaxınlığında 6,3 maqnitudalı zəlzələ olub. Son verilənlərə görə, təbii fəlakətdə 2,5 min nəfər ölüb, on minlərlə insan evsiz qalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: