“Biz qarşıdakı günlərdə də İsraildəki tərəfdaşlarımızı dəstəkləməkdə davam edəcəyik”.
NUHÇIXAN xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken İsrailə səfərdən öncə “X” səhifəsində paylaşımında bildirib.
“Mən İsrailə yola düşürəm. Onların özlərini müdafiə, təchizatla bağlı yardım etməyə çalışacağam. İstənilən düşmən tərəfin yaranmış vəziyyətdən istifadə etməsinə imkan verilməyəcəyinə əmin omalıyıq”, - deyə vurğulayıb.
Qeyd edək ki, A.Blinken bu gün İsrailə səfər edəcək.