Nikol Paşinyan MDB samitində iştirak etməyəcək

A- A A+

Ermənistan Baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının Bişkekdə keçiriləcək sammitində iştirak etməyəcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə Paşinyan Ermənistan ictimai televiziyasına müsahibəsində bildirib. O, bununla bağlı Qırğızıstan Prezidenti Sadır Japarovu məlumatlandırıb.

Azərbaycanın Qarabağ bölgəsindən çıxarılacaq Rusiya sülhməramlı kontingentinin Ermənistanda yerləşdirilməsinin mümkünlüyü barədə jurnalistlərin suallarını cavablandıran Paşinyan deyib: "Rusiyanın sülhməramlı kontingenti Qarabağı tərk edərsə, Ermənistana köçürülməməli, Rusiyaya qayıtmalıdır”.

N.Paşinyan həmçinin qeyd edib ki, sərhəddə atəşkəsin pozulması barədə hər gün xəbərlər verilir. Lakin hazırda Ermənistan-Azərbaycan sərhədində gərginlik və ya qoşunların cəmləşməsi müşahidə olunmur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: