İsrail Müdafiə Ordusu HƏMAS qruplaşmasının “komando”larının yerləşdiyi qərargahı məhv edib, daha bir yüksək vəzifəli şəxsini zərərsizləşdirib.
NUHÇIXAN xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
Bildirilib ki, bu silahlı dəstə oktyabrın 7-də İsrailin sərhədyanı bazalarına və dinc sakinlərinə kütləvi hücum edib.
Vurğulanıb ki, HƏMAS-ın “Rəfah” hərbi dəniz qüvvələrinin komandiri Əbu Şamla da oktyabrın 12-də gecə əməliyyatında zərərsizləşdirilib. Məlumata görə, onun evi hərbi dəniz qüvvələrinin silah anbarı kimi istifadə edilirmiş.