Baş katib: NATO-nun nüvə sınaqlarını bərpa etmək planı yoxdur

A- A A+

Rusiyanın nüvə sınaqlarına qadağa haqqında sazişin ratifikasiyasını geri götürmək planları ilə bağlı məlumatlar fonunda NATO nüvə sınaqlarını bərpa etmək niyyətində deyil.

NUHÇIXAN xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq mətbuat konfransında bildirib.

“Bizim nüvə sınaqları keçirmək planımız yoxdur", - deyə o vurğulayıb.

Qeyd edək ki, Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi 1996-cı il sentyabrın 24-də BMT Baş Assambleyası tərəfindən təsdiq edilib. O, nüvə yüklərinin sınaq partlayışlarını, eləcə də dinc məqsədlər üçün nüvə partlayışlarını qadağan edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: