İsrail ali təhsil müəssisələrində tədris noyabrın 5-dək təxirə salınıb

A- A A+

İsrail ali təhsil müəssisələrində 2023-2024-cü tədris ilinin başlanması noyabrın 5-dək təxirə salınıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Bildirilib ki, Universitet Rəhbərləri Şurası bu qərarı təsdiqləyib və gün ərzində rəsmi elan yayımlanacaq.

Qeyd edək ki, İsraildə payız semestrinin oktyabrın 15-də başlaması nəzərdə tutulurdu və HƏMAS-İsrail müharibəsinin başlamasından dərhal sonra verilən qərarla tədris oktyabrın 22-nə qədər təxirə salınmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: